2019-06-06 13:27:46   |   211 dəfə oxunub

Bakı Olimpiya Stadionu mükafata laiq görüldü


UEFA Bakı Olimpiya Stadionunu Elit Stadionlar siyahısına daxil edib
2015-ci ildən fəaliyyətə başlayan və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb.

Olimpiya Stadionunun mətbuat xidmətindən verilən məlumata görə, Bakı Olimpiya Stadionu aralarında "Allianz Arena”, "Aviva Stadium”, "Kamp Nou” və "Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

Xatırladaq ki, Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilib. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işi, könüllülərimizin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi nəticəsində Bakı mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə daim hazır olduğunu bir daha sübut edib.

Bakı Olimpiya Stadionu gələn il UEFA-nın 60 illiyi münasibəti ilə ilk dəfə olaraq 12 müxtəlif stadionda keçiriləcək "Avro 2020"nin əsas stadionlarından biridir. Burada üç qrup matçı və bir 14 final qarşılaşması oynanılacaq.




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17