2019-06-06 15:28:25   |   101 dəfə oxunub

Şəkidə və Gədəbəydə maşın qaçırılıb



Şəki rayonunun Baş Göynük kənd sakininin qaçırılmış avtomobili saxlanılaraq təhvil verilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 5-də Şəki rayonunun Baş Göynük kənd sakini H.Səmədov ŞRPŞ-yə müraciət edərək həmin gün ona məxsus "Renault” markalı avtomobilin qaçırılmasını bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avtomobil onu idarə edən şəxslə birgə Qırxbulaq kəndi ərazisində saxlanılaraq ŞRPŞ-yə təhvil verilib.

Araşdırma aparılır.

Bundan başqa nazirliyin məlumatına görə, iyunun 5-də Gədəbəy rayonunun Slavyanka kəndi ərazisindən Maarif kənd sakini T.Xəlilova məxsus "VAZ-21074” markalı avtomobil qaçırılıb.

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov avtomobillə birgə saxlanılıb.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18