2019-06-06 16:20:09   |   161 dəfə oxunub

Türkiyədəki fabrikdə ŞİDDƏTLİ yanğın: ölü sayı yüksəldi - YENİLƏNİB



Türkiyənin Kocaəli bölgəsindəki fabrikdə yanğın nəticəsində ölənlərin sayı çoxalıb.
Lent.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. Yaralanan 5 nəfər isə yaxınlıqda olan xəstəxanalara aparılıb, onların vəziyyəti ağır deyil.
Hazırda fabrikdə başqa kiminsə olub-olmaması yoxlanılır.
Qeyd edək ki, yanğının baş vermə səbəbləri bilinmir.

***

15:20

Türkiyənin Kocaəli bölgəsindəki fabrikdə yanğın başlayıb.
Lent.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, tikiş fabrikində baş verən yanğından 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə zamanı fabrikdə 30 işçinin olduğu bildirilib. Onların hamısı təxliyyə edilib.





SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25