2019-06-06 16:57:40   |   287 dəfə oxunub

Cəsədi kimsə görməsin deyə ətrafı çimərlik çətirləri ilə bağladılar


Türkiyənin Antaliya şəhərində məşhur Konyaaltı sahilində bir nəfər  çimərlikdə ölü tapılıb.
Hadisə, saat 08.30 radələrində 29 saylı çimərlikdə baş verib. Səhər vəzifəsinə başlayan çimərlik işçiləri bir nəfərin hərəkətsiz halda yatdığını görüb.

112 Təcili Çağırış Mərkəzinə xəbər verilib, hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupları 62 yaşlı təqaüdçü Kənan Öztürkün həyatını itirdiyini təyin edib. Cəsədin görünməməsi və günəşə məruz qalmaması üçün ətrafı çimərlik çətirləri ilə bağlanılıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, cəsədə baxmayaraq istirahət edənlər günəş vannası qəbul etməyə və dənizə girməyə davam ediblər. Nəhayyət Öztürkün cəsədi qəti ölüm səbəbinin təyin olunması üçün Antaliya Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.

İlkin araşdırmada Kənan Öztürkün infarkt keçirdiyi məlum olub.

Digər tərəfdən hal şahidləri Kənan Öztürkün həyat yoldaşıyla keçən həftə mübahisə etdiyini, arvadının qızının yanına getdiyini, Öztürkün iki gün əvvəl də halı pisləşərək xəstəxanaya qaldırıldığını söyləyib.

Kənan Öztürkün sahilə yaxın bir yerdə qaldığı və təxminən 20 gündür dənizə gəlib getdiyi öyrənilib.

Turan




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17