2019-06-06 17:14:49   |   161 dəfə oxunub

Türkiyədə fabrikdə baş verən yanğında 4 nəfər ölüb



Türkiyədə fabrikdəbaş vermiş yanğın nəticəsində4 nəfər ölüb.

Türkiyənin Kocaeli vilayətinin Çayırova bölgəsində yerləşən fabrikdə yanğın baş verib. APA-nın Türkiyədəki bürosunun verdiyi məlumata görə, içəridə olan 10 nəfərdən 4-ü yanaraq ölüb.

Digər 6 yaralı isə xəstəxanaya çatdırılıb.

Bu gün səhər saatlarında baş verən yanğını 5 saatdan sonra söndürmək mümkün olub.




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17