2019-06-07 00:21:03   |   229 dəfə oxunub

Paşinyan Putinlə görüşə görə çox nəşəli görünüb



Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Valdimir Putinlə görüşüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, görüş Sank-Peterburqda, beynəlxalq iqtisadi forum çərçivəsində baş tutub. Konstantinovski sarayında keçirilən görüşdə çıxış edən N.Paşinyan "sizinlə Sank-Peterburqda görüşdüyümə görə çox şadam” deyib və bundan əvvəl Nur-Sultanda bir araya gəldiklərini, ilk görüşlərinin isə bir il əvvəl baş tutduğunu, görüşlərində bütün məsələlərlə bağlı danışdıqlarını qeyd edib.

V.Putin isə öz növbəsində Rusiyanın Ermənistanla iqtisadi əməkdaşlığından bəhs edib, bu ölkəyə 2 milyarda yaxın investisiya qoyduğunu vurğulayıb.

Görüşdən yayılan qısa videomaterialdan aydın görünür ki, Paşinyan Rusiya prezidenti ilə görüşə görə çox nəşəli görünür. Erməni baş naziri izləyərkən Putinin sifətində yaranan cizgilər də diqqətdən qaçmayıb.

Şübhə yoxdur ki, N.Paşinyan Putinin dostu, Qarabağ klanının rəhbəri Robert Köçəryanı həbsdən buraxması ilə bağlı da Rusiya prezidenti ilə danışıb. Bundan əvvəl Paşinyanla Putin arasında telefon danışığı da olmuşdu. Nur-Sultanda isə nəinki ikitərəfli görüş olmamışdı, hətta foto mərasimində Paşinyan Putindən xeyli kənarda dayanmağa vadar olmuşdu. Görünür, Qarabağ klanının təzyiqləri Paşinyanı Putinə yaxınlaşmağa vadar edib. Ancaq görüşün hansı nəticə verəcəyi maraqlıdır. Yaxın dostunu aylardır həbsdə saxlayan Paşinyanı Putin əfv edəcəkmi,demək çətindir.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18