2019-06-07 00:30:11   |   150 dəfə oxunub

Uşaq telefon batareyasının partlaması nəticəsində öldü



  Hindistanda elektrik enerjisi yığmaq üçün elektrikə qoşulmuş telefonla oynayan uşaq telefonun batareyasının partlaması nəticəsində ölüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Hindistanın Madhya Pradeş əyalətinin Dhar bölgəsində baş verib.

Yerli KİV-in məlumatına görə, 12 yaşlı Lakhan telefonla oynayan zaman telefonun batareyası partlayıb. Ağır yaralanmış uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.








SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19