2019-06-07 00:33:36   |   224 dəfə oxunub

LUKOIL prezidenti: “Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”



 "LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır".
APA xəbər verir ki, bunu LUKOIL şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib.

O, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib: "Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq”.

LUKOIL prezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la əməkdaşlığından da danışıb: "Biz hazırda SOCAR-la "Ümid və "Babək” yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”.

V. Ələkbərov LUKOIL və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib: "Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, LUKOIL "SOCAR Türkiyə”nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır”.






SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19