2019-06-07 01:17:45   |   104 dəfə oxunub

Gəncədə sükan arxasında yatan sürücü qəza törədib - FOTO



Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şah İsmayl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet” markalı minik maşını yolun kənarında dayanan "VAZ 2107” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, qəzaya səbəb "Chevrolet”in sürücüsünün sükan araxasında yuxu tutması olub.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17