2019-06-07 10:46:10   |   109 dəfə oxunub

42 yaşlı qadın intihar edib

Paytaxtın Səbail rayonunda intihar hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, iyunun 5-də axşam saatlarında Səid Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Orucova Sevinc Kamal qızı özünü yaşadığı evin vanna otağında asaraq öldürüb. Yaxınlarının sözlərinə görə, S.Orucova son vaxtlar depressiyadan əziyyət çəkib.

Qeyd edək ki, Sevinc Orucova ailəli olub, 2 övladı var.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18