2019-06-08 18:15:37   |   263 dəfə oxunub

Putin qalsa, Rusiya parçalanacaq - Jurnalist Saşa Sotnik

"2024-cü ildən sonra hər şey Rusiyanı hissələrə parçalayacaq şəkildə sürətlə gedəcək"


Əgər Rusiya Prezidenti Vladimir Putin yaxın 10-20 ildə hakimiyyətdə qalsa, o zaman ölkənin əvvəlki sərhədlərində qalması şansları çox azalacaq.
 Bunu "Obozrevatel” saytına müsahibəsində rusiyalı jurnalist Saşa Sotnik deyib.
"Onun bütün qlobal güc və ikinci qütb oyunları sadəlövh axmaqlar üçündür. İkiqütblü dünya artıq formalaşıb və Rusiya orada artıqdır. (axar.az)
Daha bir neçə il putinizm qalsa, Rusiyanın süqutu 100% qaçılmaz olacaq. 2024-cü ildən sonra hər şey Rusiyanı hissələrə parçalayacaq şəkildə sürətlə gedəcək. Bu, Avropa və Çin arasında elə də böyük olmayan ərazi buferi olacaq”, – deyə o bildirib.

Sotnik Rusiyanın süqutundan sonra ağır iqtisadi böhranın başlayacağını bildirib. Jurnalistin fikrincə, məhz bu dövrdə ruslar nüvə silahlarını qida məhsullarına dəyişməyə razı olacaqlar.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18