2019-06-09 15:10:53   |   459 dəfə oxunub

Qazaxıstanda seçki günü mitinq dağıdıldı - Onlarla saxlanılan var


Qazaxıstan paytaxtında polis icazəsiz mitinqin qarşısını alıb.

RİA Novosti xəbər verir ki, onlarla aksiya iştirakçısı saxlanılıb.

İlkin məlumatlara görə, Nur-Sultanda keçirilən mitinqə 700-dək adam çıxıb.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstanda qadağan olunmuş hərəkatlardan biri sosial şəbəkələr vasitəsi ilə insanları prezident seçkiləri günü şəhərin mərkəzinə çıxmağa çağırıb.

Qazaxıstan Daxili İşlər Nazirliyi isə bəyan edib ki, seçkilər günü keçiriləcək icazəsiz aksiya və mitinqlərin qarşısı alınacaq.




SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25