2019-06-09 23:43:49   |   133 dəfə oxunub

Ankaranı fəlakət bürüdü: ölən var



İyunun 9-da axşam saatlarında Ankarada yağan güclü yağış sel və daşqına səbəb olub.

Axar.az xəbər verir ki, əlverişsiz hava paytaxtın Etimesqut rayonunda böyük problemlər yaradıb.

Sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Rayon təsərrüfatının idarə olunması çətinləşib.

Ankara Böyükşəhər Bələdiyyəsi və Etimesgut rayon rəhbərliyi təsərrüfata dəyən zərərin aradan qaldırmaq üçün tədbirlərə başlayıb.

***

Sel və daşqınlar nəticəsində Aişə Arslan adlı qadın həlak olub. 56 yaşlı A.Arslanın selin axınında boğulduğu bildirilib.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18