2019-06-10 12:50:03   |   233 dəfə oxunub

“Ulu öndər dağılmaqda olan bir ölkənin qurtuluş proqramını yazdı”



"Milli Qurtuluş günü ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlıdır”.

Bu barədə "Sherg.az”a Yeni Azərbaycan Partiyasının qurucularından sayılan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycanı dağılmaqdan, bölgələrə bölünməkdən xilas etdi:

"Beləliklə, vahid və müstəqil bir dövlət-Azərbaycan yarandı. Bütün bunlar Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlıdır. Azərbaycanın qurtuluşu nəticəsində iqtisadiyyatımız inkişaf edir, ölkəmiz dünyanın aparıcı dövlətləri sırasındadır. 

Bir sözlə 15 İyun Qurtuluş Günü Azərbaycanın həm siyasi, həm də mənəvi baxımdan inkişafına zəmin yaratdı. Hər kəsə məlumdur ki, Azərbaycan daim inkişaf etməkdə olan bir ölkədir. 

Hesab edirəm ki, bugünkü tərəqqi naminə 1993-cü il 15 iyunda qurtulma prosesini həyata keçirdik. Xalqımızın dəstəyi ilə Heydər Əliyev hakimiyyətə gəldi və bundan sonra dağılmaqda olan bir ölkənin qurtuluş proqramını yazdı.

Əlbəttə, müəyyən problemlərimiz də var. Demirəm ki, 26 ildə hər şey həll olunub. Təbii ki, bu problemlərin həll yolları axtarılır”.


Qeyd edək ki, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidi və tələbi ilə Bakıya qayıdıb. Ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başlayıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Məclisin sədri seçilib və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşüb. Qurtuluş xalqımızın Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir.


Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18