2019-06-10 14:15:50   |   105 dəfə oxunub

Maqnit qasırğası proqnozu verildi: nə qədər davam edəcək? - CAVAB


İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.

"Sherg.az" xəbər verir ki, bu barədə Trend-ə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.
Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18