2019-06-10 16:41:27   |   397 dəfə oxunub

Tramp və Makronun Ağ Evin bağında əkdiyi “dostluq ağacı” bitmədi – Təsadüf, yoxsa siyasi mesaj ?



ABŞ prezidenti Donald Trampla Fransa lideri Emmanüel Makronun Ağ Evin bağında əkdiyi palıd ağacı 40 gündən sonra məhv olub.

"Sherg.az” "lepoint.fr”ə istinadən xəbər verir ki, bu ağac Fransa prezidentinin 2018-ci ildə Vaşinqtona səfəri zamanı məhz E.Makronun təklifi ilə hər iki liderin xanımının gözü qarşısında əkilib. Bu ağacı Fransa və Amerika dostluğunun simvolu hesab olunurdu. Amma bu ağac əkildikdən təxminən 40 gün sonra məhv olmağa başlayıb.

Bunu təsadüf hesab etməyən Fransanın diplomatik mənbələri qeyd edirlər ki, həmin ağacın başqa bir əraziyə köçürülməsi təklif olunsa da E.Makron bununla razılaşmayıb.

Məlum hadisədən D.Trampla, E.Makron Normandiyada müttəfiq ölkələrin 75-ci il dönümündə görüşüblər. Onlar İran və İranla ticari əlaqələr məsələsi ətrafında yaranmış çoxsaylı narazılıqlar barədə fikir mübadiləsi aparıblar. 

Bəzi siyasilər isə bu müzakirələrin gərgin keçdiyini bildirirlər. Onlar siyasətdə bütün detalların xırdalığına qədər ölçüldüyünü iddia edərək qeyd edirlər ki, həmin palıd ağacının bitməməsi heç də təsadüf i deyil. 

Çünki bəzi məsələlərdə Fransa və Amerikanın mövqeyi üst-üstə düşmür və onların dost münasibətləri pozulur. Bəzi məqamlarda isə ciddi rəqibə çevrilirlər.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-15