2019-06-10 17:25:45   |   215 dəfə oxunub

Aleksandr Suliman-Şapiro: "Azərbaycan tərəfi bu imkanlardan maksimum yararlanır"

Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində XXIII Beynəlxalq İqtisadi Forum öz işini tamamlayıb.

"Sherg.az" xəbər verir ki, Forumun iştirakçısı olan həmyerlimiz, tanınmış ictimai xadim Aleksandr Suliman-Şapiro tədbirin yekunlarını şərh edib. O bildirib ki, Azərbaycanın nümayəndə heyəti bu tədbirdə xüsusi fəallıq göstərib:

"Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşü çərçivəsində bir sıra mühüm layihələr müzakirə olunub, ki onlar ikitərəfli iqtisadi əlaqələrini yeni mərhələyə çıxarmağa imkanlar açır. 

Belə ki tərəflər aqrar, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı texnikasının istehsalı, regionlararası əlaqələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, sənaye, vaqon istehsalı, tranzit-logistika, və sair sahələrdə birgə müəssisələrin yaradılmasını müzakirə ediblər".

Ekspert qeyd edib ki, yaxın illərdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir:

"Peterburq Beynəlxalq İqtisadi Forumu hakimiyyət orqanları ilə biznes nümayəndələri arasında dioloqun inkişafına şərait yaradır, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün innovasiyalı yanaşmalar tapmağa kömək edir. Azərbaycan tərəfi bu imkanlardan maksimum yararlanır".




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19