2019-06-10 21:09:25   |   87 dəfə oxunub

Ermənistanda yeni yaradılmış müxalif partiyanın rəhbəri saxlanılıb


Ermənistanda iki həftə əvvəl yaradılmış müxalif "Adekvad” partiyasının rəhbəri Artur Danielyan saxlanılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, A.Danielyan baş nazir Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib.

Hadisə ilə bağlı polis orqanları hər hansı bir açıqlama verməyib.

A.Danielyan partiyanın yaradılmasını mayın 27-də elan etmişdi. O, ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib.




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19