2019-06-11 00:38:10   |   101 dəfə oxunub

İsmayıllıda özünü yandıran şəxs dünyasını dəyişib



İsmayıllı rayonunda iyunun 1-də intihara cəhd edən şəxs dünyasını dəyişib.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Mücəftaran kənd sakini, 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Ağır vəziyyətdə olan yaralı əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakı şəhərində olan xəstəxanaların birinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, R.Rəcəbəliyev bu gün dünyasını dəyişib.

Məlumata görə, həyat yoldaşından ayrılan R.Rəcəbəliyev övladlarını görmək üçün qayınatasının rayon mərkəzindəki evinə gedib. Qohumlarının sözlərinə görə, o, övladlarını görə bilmədiyinə görə üstünə benzin tökərək özünü yandırıb.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16