2019-06-11 12:05:54   |   169 dəfə oxunub

Dodon parlamentin buraxılması qərarını ləğv etdi – Qanuna ziddir


Moldova prezidenti İqor Dodon Moldovanın Demokratik Partiyasının sədr müavini, baş nazir səlahiyyətlərini icra edən Pavel Filipin parlamentin buraxılması ilə bağlı qərarını ləğv edib.

Sherg.az Rusiya KİV-ə istinadən bildirir ki, Dodon bu haqda Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.

Ölkə başçısının sözlərinə görə, baş nazir vəzifəsini icra edən Filipin qərarı ölkənin konstitusiya normalarına ziddir.

Qeyd edək ki, Pavel Filip, Konstitusiya Məhkəməsinin (CC) qərarı ilə 9 iyunda baş nazirin səlahiyyətini ələ alıb. Həmin gün o, parlamentin buraxılması və 6 sentyabrda erkən seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Buna baxmayaraq, parlament özünü buraxmaqdan imtina edib.

Anar





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16