2019-06-11 14:51:04   |   190 dəfə oxunub

Lavrovdan ittiham: “ABŞ beynəlxalq təhlükəsizlik rejimini məhv etmək niyyətindədir



Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın beynəlxalq təhlükəsizlik rejimini məhv etmək niyyətində olduğunu söyləyib.

Sherg.az "RİA Novosti”ə istinadən bildirir ki, Lavrov Vaşinqtonu dünya düzənini pozmaq cəhdində ittiham edir:

"Bu gün Birləşmiş Ştatlar birtərəfli geosiyasi üstünlükləri təmin etmək üçün, müttəfiqlərinin razılığı və ya birbaşa dəstəyi ilə İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq təhlükəsizlik arxitekturasına güclü zərbələr endirməyə davam edir. Bununla da ABŞ bir çox təhlükələrin yaranmasına səbəb olur”.

Rusiya XİN başçısı qeyd edib ki, Rusiya və ABŞ prezidentləri nüvə silahlarının istifadəsinin qəbuledilməz olduğunu birgə bəyan etməlidirlər. Onun fikrincə, bu, siyasi cəhətdən vacibdir: "Bu dünyada təhlükəsizliyə yardım edə bilər”.

Anar





SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19