2019-06-11 15:18:07   |   256 dəfə oxunub

İmamoğlu Yıldırımla keçirəcəyi debatdan danışdı: “Çox xoşbəxtəm”



Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Böyük Şəhər Bələdiyyəsinə namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımla iyunun 16-da çıxacağı tele-debat barədə danışıb.

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, İmamoğlunun sözlərinə görə, hər məsələnin müzakirə edilərək həlli yolu var:

"Demokratiyaya töhfə verəcəyini düşündüyüm üçün debat çağırışı etdim. Rəqibdən müsbət cavab gəlib. Çox xoşbəxtəm. Gözəl bir müzakirə olar inşallah. İstanbulu və seçkilərlə bağlı yaşananları sorğulayacağımız gözəl söhbət olacaq. Türkiyəyə, Türkiyə demokratiyasına, yeni nəsilə, xüsusən yeni nəsil siyasət dilinə, gənclərə həqiqətən maraq gətirəcək debat olacağına ümid edirəm. Debatda əlimdən gələn töhfəni verəcəyimdən bütün vətəndaşlarımız əmin olsunlar. İnşallah gözəl bir debat olar”.

İmamoğlu mətbuata açıqlama verdikdən sonra İstanbulun Əsənyurd rayonunun məhəllə və küçələrində seçki təbliğatı aparıb.

Anar





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16