2019-06-11 16:59:36   |   212 dəfə oxunub

Meydana çılpaq çıxan qadından etiraf: “Futbolçular mənə sevgi mesajları yazdılar” - FOTO


Çempionlar Liqində "Liverpool” – "Tottenham” final oyununda meydançşaya girərək milyonlarla azarkeşin marağını çəkən Kinsey Volanski, "The Sun” qəzetinə maraqlı açıqlamalar verib.

Qeyd edək ki, yarıçılpaq şəkildə meydana daxil olan Kinsey Volanski, tez zamanda oyun meydanından çıxarılmışdı. Volanskinin bu hərəkəti ilə, "İnstagram” səhifəsinə 4 milyon dollar reklam gəliri gəldiyi bildirilirdi.

Sherg.az xarici KİV-ə istinadən bildirir ki, Volonskinin sözlərinə görə, əslində səhifənin sahibi onun sevgilisi Vitali Zdorovetskidir:

"30 yaşımda təqaüdə çıxmağı düşünürəm və "Çempionlar Liqi Hadisəsi” bu istəyimə yardım edəcək. Bu hadisədən sonra polis bölməsinə aparıldım, çıxanda isə 300 min izləyicisi olan səhifəmin izləyici sayı 2 milyon oldu. Belə bir şeyi pulla ala bilməzsiniz...”

Volonski qeyd edib ki, bir anda dünya miqyasında məşhur olub:

"Bundan sonra iş təklifləri gəlməyə başladı. Kimisə ittiham etmək istəmirəm, amma bu bir az gülməlu haldır. Azarkeşlər bu hərəkətimdən məmnun oldular, elə futbolçular da... Polis idarəsində mənimlə şəkil çəkdirmək istəyənlər oldu. İnanılmaz bir qazanc əldə etdim, bundan daha xoşbəxt ola bilməzdim. Demək olar ki, həyatımın ən böyük anı oldu”.

Volonski deyib ki, ailəsi və sevgilisi yarıçılpaq şəkildə meydana çıxacağını əvvəldən bilməyib:

"Məhəttəl qaldılarmı? Xeyir. Çünki mənim necə biri olduğumu yaxşı bilirlər. Ad çəkə bilmərəm, amma "Liverpool”da oynayan bir neçə futbolçu mənə sevgili olmaq istəyi ilə mesajlar göndərdilər. Onlardan biri ürək emojisi göndərərək, məni meydançada gördüyünü söylədi. Açığını deyim ki, profillərinə girməmişdən əvvəl onlar haqqında heç nə bilmirdim. Zatən mənim sevdiyim kişi var, ona görə də futbolçuların heç birinin mesajına cavab vermədim”.

Volonski sevgilisindən də danışıb:

"Bəzilərini Vitalinin pulu necə qazandığı maraqlandıra bilər. O işində inanılmazları bacaran biridir. Zarafatları ilə işə əyləncə qatır. Vitali dünyanın ən şirin adamlarından biridir. Ümid edirəm ki, onunla evlənəcəyik”.

Volonskinin məşhur bir "Youtuber” olduğu müəyyənləşən 27 yaşındakı sevgilisi Zdorovetski, "Çempionlar Liqi hadisəsi”ndən sonra "Instagram” hesabında, "Mənim sevgilim Çempionlar Liqi finalına girdi, səninlə qürur duyuram, sən mənim hər şeyimsən” – statusunu yazıb.

Vitali Zdorovetski, "VitalyzdTv” adlı "Youtube” kanalıyla tanınır. Gülməli videoları ilə məşhurlaşan "Youtube” ulduzunun 10 milyona yaxın izləyicisi var. Onun videoları 1.65 milyard izləməyə sahibdir.

Anar







SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16