2019-06-11 20:00:53   |   385 dəfə oxunub

Həkimdən SOS siqnalı: “Xərçəng qrip kimi yayılmağa başlayıb” – Bilmədiyimiz səbəblər



"Qəbizlik ishal və bağırsaqda olan digər problemlər hər zaman aktual olsa da, son zamanlar qəbizliklə bağlı müraciətlərin sayı daha da artıb”.

Bu sözləri "Sherg.az”a açıqlamasında ümumi cərrah, proktoloq Türkan Gündüz deyib.

O bildirib ki, qəbizlik çox zaman düzgün olmayan yaşam tərzi ilə əlaqəli olur:

"Əvvəllər daha aktiv həyat tərzi sürürdüksə, məsələn, daha çox gəzir, hərəkət edir, maye qəbul edirdiksə, bu indi tamamilə əksinədir. Hazırda daha çox maşından istifadə edir, işlərimizi oturaraq edirik. Bu da oturaq həyat tərzinə, oturaq həyat tərzi isə səhhətimizdə bir çox problemlərin yaranmasına səbəb olur”.

Cərrahın sözlərinə görə, əsas problemlərdən biri də düzgün qidalanmamaqdır:

"Son zamanlar müraciət edənlər təəssüf ki, daha çox tələbələrdir. Qaçhaqaç, imtahan hazırlıqları, ayaqüstü yeməklər- bütün bunların nəticəsi olaraq bağırsaqda qəbizlik, qəbizlik nəticəsində isə babasil və çatlar əmələ gəlir. Amma bu o demək deyil ki, adını çəkdiyim xəstəliklər ancaq yaşam tərizimizdən, düzgün qidalanmamağımızdan aslıdır. Bağırsağın özündə olan-bağırsaq uzanması və genişlənməsi nəticəsində də bu kimi problemlər yarana bilər. Buna görə də xəstə bizə müraciət edərkən, öncə genetik faktor araşdırılır, müayinə aparılır. Yəni, əvvəlcə xəstəliyi yaradan səbəbləri tapırıq. Nəticədə bağırsaq uzanması və genişlənməsi varsa, bunu ciddi olaraq qəbul edirik. Çünki bu, ciddi xəstəlik hesab olunur. Müəyyən dietalar, yaxud da fiziki yaşam tərzini aktivləşdirmək hər zaman xəstəyə kömək olmur.

Hər zaman müalicənin tərəfdarıyam. Yəni, xəstə gələn kimi onu əməliyyat etmək doğru deyil. Müalicələr-dietalar, yaşam tərzini aktivləşdirmək kömək etmirsə, bu zaman əməliyyat məsləhət görürük. Bağırsaq uzanması və genişlənəsi zamanı əməliyyata ehtiyacı olan xəstələr bəzən qorxurlar. Onlara elə gəlir ki, sanki, əməliyyatdan sonra hər hansı bir orqanları tamamilə yox olacaq. Lakin bu, qorxulu əməliyyat deyil. Əməliyyatdan sonra xəstə 3-4 gün xəstəxanada qalır. İlkin qaz çıxandan sonra bilirik ki, bağırsaq artıq normal işləyir və ondan sonra xəstə evə göndərilir”.

Həkim qeyd edib ki, son zamanlar qəbizliklə yanaşı ishal problemi ilə bağlı da müraciətlərin sayı sürətlə artıb:

"Burada isə yediyimiz qidalar böyük rola malikdir. Tövsiyə edirəm ki, insanlar orqanik məshullardan daha çox istifadə etsinlər. Artıq xərçəng xəstəliyi də qrip kimi yayılmağa başlayıb. Buna əsas səbəblərdən biri də məhz elə qidalardır. Əvvəllər ildə bir, yaxud iki xərçəng xəstəsi aşkarlayırdıqsa, indi onların sayı qat-qat artıqdır. Baxırsan ki, genetik faktorda, heç bir yaxınında xərçəng yoxdur, özü isə buna yoluxub.

Ginekoloq deyiləm sadəcə bir vətəndaş və həkim kimi xanımlarımıza məsləhət görürəm ki, ildə bir dəfə mütləq müayinədən keçsinlər.

Unutmasınlar ki, qadınlıq orqanında olan xərçəngdən qorunmaq olar. Bunun üçün xüsusi peyvəndlər var.

Harada olmağından asılı olmayaraq təhlükəli an hər zaman ola bilər. Xəstəliyiniz barədə daha çox məlumat almaq istəməyiniz sizi səhv yollara yönləndirə bilər. Çünki internetdə yazılanlar hər zaman doğru olmur. Ona görə mütəxəssisi araşdırmaq, doğru mütəxəssisi tapmaq lazımdır. Hər işin öz peşəkarı var. Zamanında və doğru həkimə edilən müraicət xəstəni problemlərdən xilas edə bilər”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16