2019-06-11 22:50:52   |   123 dəfə oxunub

Rusiyada iş günlərinin sayı azaldıla bilər


Rusiyada gələcəkdə sosial-əmək müqaviləsinin əsasını dörd günlük iş həftəsi təşkil edə bilər.

"RİA Novosti”nin məlumatına görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib.

"Texnoloji proses təkcə iş yerlərinin yox, həm də iş vaxtının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalır. Yəqin ki, gələcəkdə dörd günlük iş həftəsi sosial-əmək müqaviləsinin əsasını təşkil edəcək”, - deyə o, Beynəlxalq Əmək Konfransında etdiyi çıxışda bildirib.

Medvedevin sözlərinə görə, karyera uğurunun təqibi rusiyalılara xroniki yorğunluq və daima stress vəziyyətində olma riski yaradır. Bu isə öz növbəsində əmək məhsuldarlığına və ölkənin iqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Medvedev iki həftə əvvəl Ümumdünya Səhiyyə Assambleyasında streslə əlaqədar emosional partlayış sindromunun rəsmi olaraq xəstəliklər siyahısına daxil edildiyini xatırladıb.




SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16