2019-06-12 01:47:50   |   108 dəfə oxunub

Biz əsla təkrar seçkini istəmədik - Yıldırım



Təəssüflər olsun ki, İstanbulda seçkilər tamamlanmadı. Çünki seçkidə qanunsuzluqlar, səs oğurluğu oldu.

Axar.az xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinə təkrar keçiriləcək seçkilərdə AKP-nin namizədi Binəli Yıldırım bildirib.

"Səslərin 10 faizi sayılandan sonra 16 min səs toplamışamsa, haqqım olan səslər oğurlanmış ola bilər. Bunun başqa bir izahı yoxdur. Bunu bildikləri üçün qarşı tərəf yenidən Ali Seçki Qurumuna müraciət etdi, ancaq rədd edildi, yoxsa biz əsla seçkinin təkrar keçirilməsini istəmədik", - Yıldırım qeyd edib.




SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16