2019-06-12 12:31:41   |   121 dəfə oxunub

“Həmin ərəfədə xalq yalnız Heydər Əliyevə inanırdı” - Deputat


"Ümummili lider Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycan bir dövlət kimi çoxdan parçalanmış və əyalətlərə bölünmüşdü”.

Bu sözləri "Sherg.az” Milli Qurtuluş Gününün 26 illiyi ilə bağlı danışarkən millət vəkili Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, həmin dönəmlərdə artıq Azərbaycan bir dövlət kimi siyasi xəritədən çıxmağa başlamışdı:

"Həmin günləri yaşayan bir vətəndaş kimi yadımdadır ki, o zamanlar siyasi vəziyyət daha da kəskinləşirdi. Həmçinin vətəndaş müharibəsinə addımlar atılırdı.

Amma həmin ərəfədə xalq yalnız Heydər Əliyevə inanırdı. Ona görə də həmin ərəfələrdə ulu öndər xalqımıza bir çağırışla müraciət edəndə yüz minlərlə insan küçələrə çıxdı və onu dəstəklədi. 

Bütün bunlar ona olan inam və məhəbbətin göstəricisi idi. Ümummili liderin ətrafında birləşən xalq qanuni tələblərini irəli sürmüşdü. 

O qanuni tələbləri ulu öndər özü də səsləndirmişdi. Hər bir ölkənin tarixində bir şans olur. 

Həmin şansdan bütün xalq istifadə edir və beləliklə, cəmiyyətin problemlərinin həll edilməsinə imkan yaranır. Tarixən Fransada Şarl -dö-Qoll Amerikada Franklin Delano Ruzvelt ölkəni iqtisadi böhrandan xilas edib. Belə şəxsiyyətlər tarixdə olmalıdır ki, hansısa bir dövlət və xalq çətinlikdən çıxsın. Məhz Heydər Əliyev də bu şəxsiyyətlərdən idi”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16