2019-06-12 13:30:46   |   541 dəfə oxunub

“Hərbi qulluqçulara ərzaq əvəzi verilən kompensasiyanın məbləği eyniləşdiriləcək”



"Nazirlər Kabinetinin qərarına əsasən hərbi qulluqçularımıza ərzaq əvəzi pul kompensasiyası -128 manat nəzərdə tutulub. Bu məbləği əsgərlərə tətbiq etsələr də, zabitlərə 64 manat məvacib verilir”.

Bu barədə "Sherg.az”a hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçuların ərzaq pullarının kəsirlə verilməsindən danışarkən bildirib. Ekspert qeyd edib ki, məlum məsələ ilə bağlı Nazirlər Kaibinetinə müraciət ediblər:

"Bildiyim qədər yaxın günlərdə bununla bağlı elanlar olacaq. Bəzi mənbələrin verdiyi məlumata görə, artıq müsbət qərar qəbul olunub. Baş verənlər problem olaraq ona görə gündəmə gətirildi ki, niyə əsgər və zabit arasında fərq qoyulur? 

Bu fərq olmamalıdır. Amma açıq deyim ki, bəzi məmurlar qəbul olunmuş qərarı özlərinə məxsus şəkildə təqdim ediblər. Lakin bu anlaşılmazlıq faktiki olaraq aradan qaldırılacaq. Ümumiyyətlə, hərbi qulluqçuların hər birinə verilən məbləğ eyniləşdiriləcək.

İşləyən müharibə veteneranlarına 55 manat müavinət, işləməyənlərə isə 11 manat ödənilirdi. Cənab prezident bu məsələrə son qoymaq üçün işləyən və işləməyən veteranlarımıza 80 manat civarında məbləğ müəyyənləşdirdi. 

Yəni, ərzaqla bağlı söz-söhbətlər də buradan qaynaqlanır. Məsələyə hərə öz prizmasından yanaşır. Amma yaxın günlərdə bu mövzuda olan bütün narahatlıqlara son qoyulacaq. Çünki, anlaşılmazlıq və bəzilərinin diqqətsizliyi ucbatından məsələ gündəmə gəldi. Əlbəttə, ölkəmizin maddi imkanları yetir ki, əsgər və zabitə ərzaq əvəzi pul kompensasiyası normal pul vahidi kimi ödənsin”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16