2019-06-12 15:01:19   |   223 dəfə oxunub

Fransa məhkəməsindən separatçı Dağlıq Qarabağ rejiminə növbəti zərbə: daha 4 «Dostluq xartiyası» ləğv edilib




Fransada Qrenobl inzibati məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə 4 « Dostluq xartiyası »nı ləğv edib.

Bu barədə « Sherg.az» Fransada fəaliyyət göstərən «armenews.com» erməni internet resursuna istinadən məlumat verir.  Xəbərdə qeyd olunub ki, bu, may ayının 29-da Fransanın Serji-Pontuaz inzibati məhkəməsi tərəfindən Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasındakı « Dostluq xartiyası »nın ləğvininin məntiqi davamıdır. 

Artıq iyunun 11-də Qrenobl inzibatı məhkəməsi 4 «Dostluq Xartiyası»nı ləğv edib. Bunlara Valans, Bur -dö -Valans və Bur- dö- Pij və başqası daxildir.

Tərcümə etdi : Ayyət Əhməd






SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16