2019-06-12 15:59:44   |   203 dəfə oxunub

“Fransa məhkəməsinin bu qərarı hüququn aliliyinə olan hörmətin göstəricisidir” – Millət vəkili


Fransada Qrenobl inzibati məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə 4 « Dostluq xartiyası »nı ləğv edib.

Bu barədə « Sherg.az» Fransada fəaliyyət göstərən «armenews.com» erməni internet resursuna istinadən məlumat verir. Xəbərdə qeyd olunub ki, bu, may ayının 29-da Fransanın Serji-Pontuaz inzibati məhkəməsi tərəfindən Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasındakı « Dostluq xartiyası »nın ləğvininin məntiqi davamıdır.

Artıq iyunun 11-də Qrenobl inzibatı məhkəməsi 4 «Dostluq Xartiyası»nı ləğv edib. Bunlara Valans, Bur -dö -Valans və Bur- dö- Pij və başqası daxildir.

Qərarı dəyərləndirən millət vəkili Asim Mollazadə "Sherg.az”a açıqlamasında bildirib ki, Fransa məhkəməsinin qərarı hüququn aliliyinə olan hörmətin göstəricisidir:

"Bundan qabaq hansısa erməni lobbisi ilə komissiyaya qurşanmış siyasətçilər müəyyən qərarlar verirdilər. Onlar həm beynəlxalq hüquq normalarının, həm də Fransanın həmsədr dövlət kimi mövqeyinin zərbə altında qalmasına imkan yaradırdılar. Məhz məhkəmə səviyyəsində və hüququn aliliyinə hörmət olaraq bu qərarlar Fransanın imicini və həmsədr rolunu bərpa edir. Bununla yanaşı erməni diasporuna mesaj verilir ki, Fransa hüquqi Avropa dövləti olaraq heç vaxt belə oyunlarda istifadə oluna bilməz”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16