2019-06-12 16:05:47   |   208 dəfə oxunub

“Qrenobl məhkəməsinin bu addımını Azərbaycan diasporunun uğurudur” - Ekspert



"Fransanın Qrenobl məhkəməsinin bu addımını Azərbaycan diasporunun uğuru kimi qiymətləndirmək olar”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Gənc politiloq bildirib ki, yaxın günlərdə Fransanın Arnuvil şəhəri də Xocavənd rayonu ilə dostluq xartiyasını ləğv etmişdi:

"Azərbaycan diasporu ilə Fransa arasında əlaqələr son illərdə yüksək səviyyədə inkişaf edir. Yaxın aylarda Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılması da əlaqələrin inkişafının bariz nümunələrindəndir. Fransa dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdəndir. Eyni zamanda ATƏT-in həmsədr ölkəsi kimi söz sahibi dövlətdir. 

Bu səbəbdən məhkəmələrin qərarları ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Arnuvil şəhərinin Xocavənd şəhəri ilə dostluq xartiyasının ləğvinin ardından Qrenobl şəhərinin də bu addımı atması bizim üçün sevindirici haldır”.

Analitikin sözlərinə görə, Fransa məhkəməsinin addımı Qarabağ münaqişəsinin gedişatında da müsbət ümidlər yaradır:

"Fransa sonuncu dəfə 2013-cü ildə Azərbaycanın xeyrinə addım atmışdı. Hər zaman ermənipərəst mövqeyi ilə seçilən rəsmi Parisin bu cür müsbət istiqamətdə dəyişiminin kökü iki ölkə arasındakı siyasi-iqtisadi əməkdaşlığın dərinləşməsinin nəticəsidir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16