2019-06-12 17:54:37   |   113 dəfə oxunub

Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir - Fotolar


Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verir.

Kulis.az ın verdiyi xəbərə görə, Xalq yazıçısı gənc yazar Elşad Baratın onun haqda yazdığı statusa və paylaşdığı fotoya görə bu qərar gəlib.

Xatırladaq ki, Elşad Batat statusunda qeyd edib ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb... Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı arenda verir, büdcəni dağıdır...

Çingiz müəllim statusa yazdığı şərhi korrektə səhvlərinə toxunmadan olduğu kimi təqdim edirik:

"Vicdansəz Elşad Barat! Sən mənim avtomobillərimin şəkili çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama vərirəm! Mənim "Cip" maşınım alti il bundan əvvəl alınıb. Mənim sənədlərim var. Ağ "kamri" maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm.Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram! Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq uçun yardım alır! Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq! Anar muəllimdə öz şəxsi vəsaitindən sənə yardım edib! Mən səni kimi böhtançını məhkəməyə verirəm!”







SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16