2019-06-12 18:09:36   |   173 dəfə oxunub

“…İrəvan-Paris əlaqələri iflasa uğrayır”



"Hamı Ermənistandan üz döndərib. Erməni diasporu əzəli hesab etdiyi müttəfiqlərini bir-bir itirməkdədir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Analitik bildirib ki, Avropa ilə "oynamağa” cəhd edən Ermənistan Rusiyanı da itirdi:

"Fransadan sonra İran da Ermənistana sarsıdıcı zərbə endirə bilər. Səbəb bəllidir. Çox zəif olan Ermənistan yol ayrıcındadır. Artıq geriyə yol yoxdur, amma irəlidə də sadəcə dalandır. Ölkənin rəhbərləri ağlasığmaz siyasətləri ilə erməni xalqına böyük zərər yetirdilər. Ermənistan çıxılmaz vəziyyətdədir. İstənilən addım düşmən ölkəni uçuruma sürükləyir. Əhali arasında narazılıq artmaqdadır, kasıb Ermənistan çalxalanır”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan-Fransa münasibətləri artan xəttlə davam edərkən, İrəvan-Paris əlaqələri iflasa uğrayır:

"Dünya Ermənistanın yalanlarından usanıb. Ölkəmizin beynəlxalq arenada nüfuzunun artması, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı vacib rolu dünyada müsbət imicimizin möhkəmlənməsinə öz təsirini göstərir. Azərbaycanın öz həqiqətlərini dünya birliyinə obyektiv şəkildə çatdırmaq istiqamətindəki fəallığı nəticəsiz qala bilməzdi. Məhz güclü siyasətimizin nəticəsində Ermənistan tam fiaskoya uğramaqdadır. İşğal olunmuş torpaqlarımız qeri qaytarılmayına qədər Ermənistanın xoşbəxt gələcəyindən söhbət gedə bilməz”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16