2019-06-13 12:14:58   |   107 dəfə oxunub

Parlament növbədənkənar toplandı


Milli Məclisinin növbədənkənar sessiyasının ilk iclası başladı.

Sherg.az-ın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın iclasın gündəliyinə 36 məsələ daxil edilib.

Bunlar "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət rüsumu haqqında”, "Banklar haqqında”, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq. Toplantı sabah da, davam etdiriləcək.

Anar





SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19