2019-06-13 12:55:49   |   79 dəfə oxunub

İsa Həbibbəyli: “Artıq cəmiyyət də, millət vəkilləri də rahat olsunlar”


"Artıq cəmiyyət də, millət vəkilləri də rahat olsunlar”.

Sherg.az xəbər verir ki, bu sözləri parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasında özəl təhsil müəssisələrinin akkreditasiyadan keçməsi üçün rüsumları nəzərdə tutan layihənin II oxunuşda müzakirəsi zamanı deyib.

Xatırladaq ki, birinci oxunuşda millət vəkilləri akreditasiya ilə bağlı rüsumun çoxluğundan şikayətlənmişdilər.

İ.Həbibbəyli deyib ki, ilk müzakirələrdən sonra verilən təkliflərə, səslənən iradlara baxılıb və onların bir qismi nəzərə alınıb: "Burada problem yaradacaq məsələ qalmayıb. Rüsumlar indi normaldır”.

Qeyd edək ki, qanuna dəyişiklik ikinci oxunuşda qəbul olunub.

Anar





SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19