2019-06-13 14:20:47   |   540 dəfə oxunub

“Ağıllı-başlı gürcü güclünü seçər, Ermənistanı da narahat edən məhz budur” – AKTUAL



"İllərdir davam edən blokada şəraitində Ermənistanın tam təklənməməsi üçün həm siyasi, həm də iqtisadi baxımdan Gürcüstan çox vacib ölkədir”.

Bunu "Sherg.az”a açıqlamasında "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib.

Analitik vurğulayıb ki, c yaxınlaşmasını Ermənistan hər zaman qısqanclıqla qəbul edib:

"Bunu düşmənin təbii reaksiyası kimi qəbul etməliyik. Amma unutmayaq ki, Gürcüstanda güclü erməni lobbisi var. Gürcüstanın siyasi, iqtisadi çevrələrində çoxsaylı erməni əsilli gürcü vətəndaşları təmsil olunurlar. Təəssüf olsun ki, eyni sözləri türk əsilli gürcü vətəndaşları haqqında söyləyə bilmərik. Gürcülər Qarabağa görə ermənilərlə savaşan deyillər. 

Lakin qonşu ölkənin bizimlə və qardaş Türkiyə ilə hərbi təlimlərdə iştirak etməsi müsbət haldır. Bu, həm də Gürcüstanın özünə lazımdır. Bir tərəfdə Ermənistan, digər tərəfdə isə Azərbaycan-Türkiyə cütlüyü. Ağıllı-başlı gürcü ikinci güclü tərəfi seçər. Ermənistanı da narahat edən məhz budur”.

Qeyd edək ki, ötən gün Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşün uğurlu keçdiyini vurğulayan müdafiə naziri Zakir Həsənov Gürcüstanı Azərbaycan və Türkiyənin təşkil etdiyi müxtəlif hərbi təlimlərə dəvət etdiyini deyib. Gürcüstan tərəfinin bu təklifi məmnunluqla qəbul etdiyi bildirilib. Gürcülərin ortaq hərbi təlimlərdə iştirak qərarı alması Ermənistanın ciddi narahatlığına səbəb olub.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19