"İnsanlar qərara etinasız yanaşacaq və növbəti dəfə belə hal olanda bağışlanacaqlarına ümid edərək qaydanı pozacaqlar. Yəni insanlar qanundan qorxmayacaq, əksinə, tələblərə laqeyd münasibət bəsləyəcəklər. Həm də bu, indiyə kimi cəriməsini ödəyənlərin aqressiyasına səbəb olacaq. Şübhəsiz, onlar da güzəşt tələb edəcəklər".
100 manat cərimələnənlər may ayının 4-dən sonra əfv olunacaqlar?
Banuçiçək Kalbalıyeva
10:53 29.04.2020
Aktual
874
Məlum olduğu kimi, karantin qaydalarını pozan şəxslər 100 manat həcmində cərimə olunurlar. Bəziləri bunu artıq ödədiyi halda, bir qrup hələ də "borclu"dur.
Yayılan məlumatlara görə, cərimələnənlər may ayının 4-dən sonra əfv olunacaqlar. İnsanlar bu xəbəri müsbət qarşılayıblar. Çünki koronavirus onsuz da hər bir vətəndaşın maddi durumuna zərbə vurub. Bir tərəfdən də, cərimələr çoxdan pisləşən kefə soğan doğramaq olar.
Məsələ ilə bağlı "Sherg.az"a fikrini bildirən sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, bunu birmənalı olaraq müsbət addım kimi qiymətləndirmək də düzgün deyil:
"Məncə, bu addıma müəyyən düzəlişlər olunmalıdır. Yəni insanların maddi durumları və nə üçün karantin qaydalarını pozduqları müəyyənləşməlidir. Əgər 100 manatı ödəmək vətəndaşa çətinlik yaradırsa və o, məcbur qalıb, çölə çıxıbsa, onda güzəşt edilməlidir. Əks arqumentlər aşkarlandıqda isə cərimənin ödənməsi mütləq tələb edilməlidir. Düzdür, bizdə dediyim meyarları asanlıqla dəqiqləşdirən mexanizm hələ yoxdur. Bununla belə, insanlar müxtəlif faktlar, o cümlədən icazə sənədləri ilə bu imkandan yararlana bilərlər. Özü də sözügedən prosesdə təkcə polislər yox, həm QHT-lər, ictimai şəxslər iştirak etməlidirlər. Ümumiyyətlə, ədalətli cərimələnmə vərdişləri formalaşmalıdır".
Sosioloq, həmçinin qeyd etdi ki, indiyə kimi cəriməsini ödəməyən bütün vətəndaşların əfv edilməsi mənfi nəticələrə səbəb ola bilər:
"İnsanlar qərara etinasız yanaşacaq və növbəti dəfə belə hal olanda bağışlanacaqlarına ümid edərək qaydanı pozacaqlar. Yəni insanlar qanundan qorxmayacaq, əksinə, tələblərə laqeyd münasibət bəsləyəcəklər. Həm də bu, indiyə kimi cəriməsini ödəyənlərin aqressiyasına səbəb olacaq. Şübhəsiz, onlar da güzəşt tələb edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya