
Əsgərimizin hansı şəraitdə, harada saxlandığı məlum deyil
16:25 04.03.2024
Gündəm
515
"Ombudsman Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir"
Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahovun hazırda hansı şəraitdə, harada saxlandığı məlum deyil. Verilən məlumata görə, R.Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbçimiz Ermənistan tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.
Ruslan Pənahovun atası Eldəniz Pənahov Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı dövlət qurumlarının mütəmadi iş apardıqlarını bildirib: “Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir. Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycan dövlət orqanları R.Pənahovun azad edilməsi istiqamətində çalışır. Lakin:
- Hesab edirəm ki, əsgərimizin valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı ofisi ilə mütəmadi əlaqə saxlamalıdırlar. Valideynlərə tövsiyə edirəm ki, BQXK-yə müraciət etsinlər, hətta tələb etsinlər ki, övladları barədə onlara dəqiq, ətraflı məlumat verilsin. Buna onların haqqı var. BQXK-nin Bakı nümayəndəliyi Ermənistandakı nümayəndəliklə əlaqəli işləyir. Onlar əsgərin harada olması, saxlanma şəraiti, ona işgəncə verilib-verilmədiyini dəqiqləşdirib ailəyə xəbər verməlidir. Dövlət orqanları üzərinə düşəni edir. Lakin valideynlər də BQXK-dən tələb etməlidir.
S.Bənənyarlı bildirdi ki, Azərbaycan ombudsmanı da Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya