"Artıq sosial yardım alanların sayı 330 min nəfərdir" - Millət vəkili görülən işləri təqdir etdi
Banuçiçək Kalbalıyeva
06:19 19.04.2020
Aktual
661
Azərbaycanda ünvanlı dövlət sosial yardımın verilməsinə güclü nəzarət var. Dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım mexanizmləri sadələşdirilib, təyinat şərtləri yumşaldılır. Bu da daha çox ailənin bu proqramdan yararlanmasını təmin edir.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, pandemiya dövründə bəzi dövlətlərdə bu sahədə ləngimələr olsa da, Azərbaycanda bu cür halların yaranmasına imkan verilmədi:
"Cənab Prezident pandemiya dövründə əhalinin sosial rifahının zəifləməməsi, sahibkarların bu dövrdən az ziyanla çıxması üçüb bütün lazımı tədbirləri gördü. Artıq sosial yardım alan ailələrin sayı 10 min artırılıb. Həmçinin dövlət başçısının tapşırığı ilə sosial yardım alma müddəti bitən ailələrin yardım müddəti də uzadıldı. Həmin ailələr karantin müddəti bitəndən sonra daha bir ay bu yardımdan faydalana biləcək".
Deputat bildirib ki, aprelin 1-dən ünvanlı sosial yardım alan aztəminatlı ailələrin sayı 80 min olub:
"Artıq sosial yardım alanların sayı 330 min nəfərdir. Hər ailəyə düşən ünvanlı sosial yardımın məbləği 222 manatdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım mexanizmləri sadələşdirilib, təyinat şərtləri yumşaldılır. Bu da daha çox ailənin bu proqramdan yararlanmasını təmin edir. Bu bir daha sübut edir ki, dövlət başçısı aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya