"Atam deyir ki, güclü liderimiz var, bizi bu bəladan qurtaracaq" - Birinci sinif şagirdindən Prezidentə məktub gəlib
12:55 25.04.2020
Aktual
557
Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.
Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Sherg.az Prezidentin saytına istinadla Neftçala rayonunun Aşağı Surra kəndinin sakini Zəhra Quluzadənin məktubunu təqdim edir:
“Əziz Prezidentimiz, bu məktubu Sizə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra yazır. Sizə təşəkkür edirik ki, bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız. Atam deyir ki, güclü liderimiz var, bizi bu bəladan qurtaracaq və biz yenə də həmişəki kimi firavan yaşayacağıq. Biz də Sizin tapşırığınızı yerinə yetirib evdə qalır və dərslərimizi oxuyuruq. Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq. Allah Sizi qorusun!. Sizi çox istəyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya