"Ayın 19-dan bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa ediləcək" - Soydaşımız "Şərq"ə danışdı
Banuçiçək Kalbalıyeva
09:03 29.04.2020
Aktual
1146
"Kafe və restoranlar açılıb. Artıq evdən kənarda da kofe içə bilirik. Amm gərək alıb çöldə içək. İçəridə oturmağa icazə vermirlər".
Bu sözləri 20 ildir İtaliyanın Belluno şəhərində yaşayan soydaşımız Vüqar İbrahimli koronavirus pandemiyası ilə əlaqədar oradakı vəziyyət haqqında danışarkən deyib.
O, həmçinin qeyd edib ki, artıq yoluxanların və ölənlərin sayı azalır: "Əvvəllər bir günə ölənlərin sayı 1000- ə çatırdı. Dünən isə bu rəqəm üç dəfə az oldu. Yəni artıq tezliklə əvvəlki həyata qayıda biləcəyimizə ümid edə bilərik. Qohum-əqrəbagilə gedib- gəlmək mümkündür. Ayın 3- dən bir çox iş yerləri açılacaq. Ayın 19-dan isə bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa ediləcək. İyunun 1-dən həyat koronavirusdan əvvəlki axarı ilə davam etməlidir. Yəni karantindən çıxma mərhələli şəkildə həyata keçirilir. Amma sentyabrın 15- nə kimi vətəndaşlığı olmayanlara Avropaya gediş- gəliş qadağandır".
V. İbrahimlinin sözlərinə görə, vəziyyətin yaxşılaşması insanların xarakteri ilə bağlıdır:
"Milanda, digər şəhərlərdə ölənlərin sayı hələ də azalmayıb. Nəticədə oralarda karantin qaydalarında hələ də yumşalma tətbiq edilməyib, kafe və restoranlar açılmayıb. Amma şükür ki, bizdə belə deyil. Çünki bizim regionun insanları hökumətin sözünə qulaq asır, gigiyena qaydalarına əməl edirlər. Onu da deyim ki, bizim regionun rəhbəri Luka Zaya bəzi məqamlarda hökumətlə razılaşmır. Məsələn hökumət polislərin maskasız, əlcəksiz şəxsləri cərimələməsini tələb edir. Amma Luka Zaya düşünür ki, belə adamlara sadəcə xəbərdarlıq edilməlidir. Yerli qəzetlər yazılar ki, qocalar evindəki hər dörd nəfərdən biri koronavirusa yoluxub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya