Azər Rəşidoğlu: “Hər birimiz təhlükədəyik”
Banuçiçək Kalbalıyeva
13:42 31.03.2020
Aktual
1303
Yeni tipli koronavirus dünyaya gəlişilə bütün bəşəriyyəti təhlükə altında qoyub. Onu nə görə, nə eşidə, nə də harda olduğunu təxmin edə bilirik. İnfeksiya isə canlar almaqda davam edir.
Artıq Azərbaycanda da bir neçə insanın həyatına son qoyan virus hamını, hər birimizi təhdid edir. Sözügedən təhlükədən minimum ziyanla çıxmaq məqsədilə hökumət ölkədə karantin rejimi elan etsə də, verilən tövsiyə və tapşırıqlara biganə yanaşanlar da az deyil. Onlar etinasızlığı ilə nəinki özlərinin, hətta yaxınlarının, əzizlərinin də həyatlarını riskə atırlar.
Mövcud bəşəri problemi “Sherg.az”a şərh edən politoloq Azər Rəşidoğlu məsələnin biz düşündüyümüzdən də qorxulu olduğu qənaətindədir:
“Fərqi yoxdur, koronavirus tektonik hadisədir, ya bioloji silah. Əsas məsələ odur ki, hər birimiz təhlükədəyik. Dünya o qədər kiçikdir ki...Koronavirusdan qaçış yoxdur. Yeganə müdafiə üsülu əl-ələ verib, həmrəy olmaqdır. Çünki birlikdə ölməyə məhkum olanlar bir-birlərini sevməyə də məhkumdurlar. Koronavirus bizə başa saldı ki, yaşamaq ilahi lütfdür. Gərək bunun qiymətini bilək. Andres Heinzin məşhur “Qara Qu quşu” əsəri var. Biz də qara Qu quşuna inanmalıyıq. Başa düşməliyik ki, təhlükə realdır”.
A.Rəşidoğlu koronavirusun qlobal nəticələri haqqında da danışdı. Onun sözlərinə görə, bundan sonra çox şey dəyişə bilər:
“Əgər yaxın zamanda virusun vaksini tapılmasa, nəhəng şirkətlər iflasa uğrayacaq. Artıq bunun işartıları hiss olunmaqdadır. Həmçinin solçu hərəkatı güclənəcək ki, bu da dünyanın siyasi xəritəsinə təsirsiz ötüşməyəcək. Bir sözlə, dünya dəyişəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət