Azərbaycan və Ermənistan XİN başçılarının görüşü... - Sənəd imzalanacaq?
Yusif Nəzərli
11:41 02.12.2021
Aktual
582
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN Ararat Mirzoyan arasında İsveçdə görüş baş tutacaq. Bu barədə Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin məlumat verib. O, bu görüşün ATƏT nazirlər konfransı çərçivəsində keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Bildiyimiz kimi, dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşəcəyi gözlənilir. Maraqlıdır,bu görüşdən öncə XİN başçılarının məlum görüşündə hansı məsələlər ətrafında müzakirələr aparılacaq?
Mövzunu şərh edən keçmiş XİN başçısı Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki , bu, ATƏT-in hər il nazirlər səviyyəsində təşkil etdiyi ənənəvi görüşdür:
“ Belə görüşlərdə ATƏT-in fəaliyyəti nəzərdən keçirilir və ona aid sənədlər qəbul edilir. ATƏT-in Minsk qrupu uzun müddətdir ki, Ermənistan-Azərbaycan arasındakı münaqişənin həllində vasitəçilik edirdi. Hazırda isə onun bu istiqamətdəki fəaliyyəti müəyyən olunmayıb. Hər iki tərəfin bununla bağlı öz baxışları var. Rəsmi Bakı hesab edir ki, bu humanitar mövzulara aid ola bilər”.
T.Zülfüqarov görüşdə hər iki tərəfin yekun sənədlərdə və ya hansısa bəyanatda mövqelərini əks etdirməyə çalışacaqlarını vurğulayıb:
“Görüşə hazırlıq müddətində Vyanada olan daimi nümayəndəliyimiz lazımlı işləri görüb. Burada hər hansısa sənədin imzalanması istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm