Azərbaycanda koronaviruslu xəstələrə hansı dərmanlar verilir?
19:12 15.04.2020
Aktual
702
"Xəstələr virus əleyhinə olan dərman vasitələri ilə müalicə olunurlar. Bu zaman onlara arbidol, koletrax dərmanları verilir. Sırf koronavirusun dərmanı tapılmadığı üçün ayrı-ayrı xəstəliklərdə istifadə olunan bu dərmanlardan verilir. Xəstənin ağciyərində hansısa dəyişiklik varsa, bu zaman kaletra və digər dərmanlar tətbiq olunurr. Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatı da koronaviruslu xəstələrə bu dərmanları verməyi tövsiyə edir".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin həkim-infeksionist hepatoloqu, ATU-da koronaviruslu xəstələri müalicə edən Sədrəddin Atakişizadə deyib. O dərman preparatlarından istifadədə qonşu ölkələrin təcrübəsinin deyil, ÜST-ün tərtib etdiyi sxemin əsas götürüldüyündən danışıb.
"Biz məsələn, qonşu Gürcüstan və digər ölkələrin təcrübəsinə deyil, ÜST-ün tövsiyələrinə əməl edirik. Bizə bu sxem TƏBİB tərəfindən verilir. Hazırda istifadə etdiyimiz dərmanlar da ÜST-ün təqdim etdiyi sxemdə əksini tapıb. Bundan başqa, xəstənin ağciyərində hər hansı bir dəyişiklik varsa, bu zaman da tövsiyə olunan dərmanları veririk", - deyə həkim əlavə edib.
Həkim xəstələrin vəziyyətindən də danışıb: "Xəstələrimizin hamısının vəziyyəti yaxşıdır. Onların arasında ağır xəstələr yoxdur. Yavaş-yavaş evə buraxırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya