Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınır

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınır.

“APA-Economics” xəbər verir ki, 4500 ton dizel yanacağı Ermənistana göndərilir.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.