Baş infeksionist: Qaydalara əməl etməsək, xəstə sayı artacaq
09:02 04.04.2020
Aktual
592
Koronavirusla əlaqədar insanlar məsuliyyətsiz davranıb, karantin qaydalarına əməl etməsələr, böyük itkilərin olacağı qaçılmazdır. Virusun yayılmasının qarşısının alınması üçün dövlətin qoyduğu qaydalara əməl etməsək, xəstə sayı artacaq.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
O, hazırkı şəraitdə qadağalara əməl edilməsinin olduqca mühüm olduğunu vurğulayıb:
"İnsanlar gərək çölə çıxmayıb qadağalara əməl etsinlər. Əks təqdirdə xəstəxanalarda xəstələri yerləşdirmək üçün yer olmayacaq".
C.İsayev əlavə edib ki, virusun yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazım olan bütün işlər görülür, çox sərt tədbirlər mexanizmi hazırlanıb:
"Amma koronavirusun hava-damcı yolu ilə yayılması nəzərə alınarsa, qadağalara əməl edilməməsi onun yayılma arealının daha da genişlənməsinə səbəb olacaq".
Baş infeksionist qeyd edib ki, insanların qoruyucu vasitələrdən istifadə etməsi, gigiyena qaydalarına əməl etməsi vacib olsa da, hazırda insanların evdə qalması, küçəyə çıxmaması epidemiyanın qarşısının alınması üçün ən münasib yoldur:
"Axı, biz bilmirik ki, küçədə yanımızdan keçən şəxs virus daşıyıcısıdır, ya yox. Küçədə olarkən nə qədər insan belə xəstələrə görə virusa yoluxa bilər. Buna görə də hazırkı şəraitdə insanlarla təması minimuma endirmək, evdən çıxmamaq lazımdır".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə