“Azərbaycan insanının üç fərqli gəlir sahəsi var- dövlət işi, özəl sektor, bir də təsərrüfat və günəmuzd əmək fəaliyyəti. Əlbəttə, karantin rejimi ən çox özəl sektorda çalışanlara təsir edir. Onlara aşbazları, restoran işçilərini, taksi sürücülərini misal göstərmək olar. Bərbərlər də belə peşə sahiblərindən biridirlər. İndi həmin insanlar gəlirsiz qalıblar, ailələrini dolandırmaqda çətinlik çəkirlər. Düzdür, dövlət elan edib ki, bir qrup insana 190 manat yardım edəcək. Amma özəl sektorda çalışanların çoxu göstərilən meyarlara uyğun deyil. Ona görə də təbii ki, işsiz qalan və dolayısı ilə evinə pul daxil olmayan ailə başçısı bir müddət sonra karantin rejimini pozmalı olur. Bu nöqteyi-nəzərdən vətəndaşı da başa düşmək lazımdır. Heç kim könüllü şəkildə özünü təhlükəyə atmaq istəməz. Deməli, məcburiyyət var. Bəlkə, həmin insanlara da yardım edilsə, karantin rejiminə tam əməl olunar”.
"Bərbərlərə də yardım edilsə, özlərini təhlükəyə atmazlar” - Sosioloq
Banuçiçək Kalbalıyeva
09:25 09.04.2020
Aktual
1058
Koronavirus pandemiyası ilə əlaqədər ölkədə bir çox ictimai iaşə obyektlərinin, o cümlədən bərbərxanaların fəaliyyəti dayandırılıb.
Buna baxmayaraq, bərbərlər yenə də gizli yolla işlərini davam etdirməyə çalışırlar. Düzdür, çoxu obyektlərinin qapısını müştərilərinin üzünə taybatay aça bilmir, amma cəhd edənlər var. Nədir onları buna - həyatları ilə oynamağa, hökumətin qaydalarına tabe olmamağa məcbur edən? Sadəcə maddiyat? İş sevgisi, yoxsa vərdiş?
“Sherg.az”ın bu sualına aydınlıq gətirən sosioloq Sahib Altayın fikrincə, bu, onların özəl sektor nümayəndələri olmaları ilə əlaqədardər:
“Azərbaycan insanının üç fərqli gəlir sahəsi var- dövlət işi, özəl sektor, bir də təsərrüfat və günəmuzd əmək fəaliyyəti. Əlbəttə, karantin rejimi ən çox özəl sektorda çalışanlara təsir edir. Onlara aşbazları, restoran işçilərini, taksi sürücülərini misal göstərmək olar. Bərbərlər də belə peşə sahiblərindən biridirlər. İndi həmin insanlar gəlirsiz qalıblar, ailələrini dolandırmaqda çətinlik çəkirlər. Düzdür, dövlət elan edib ki, bir qrup insana 190 manat yardım edəcək. Amma özəl sektorda çalışanların çoxu göstərilən meyarlara uyğun deyil. Ona görə də təbii ki, işsiz qalan və dolayısı ilə evinə pul daxil olmayan ailə başçısı bir müddət sonra karantin rejimini pozmalı olur. Bu nöqteyi-nəzərdən vətəndaşı da başa düşmək lazımdır. Heç kim könüllü şəkildə özünü təhlükəyə atmaq istəməz. Deməli, məcburiyyət var. Bəlkə, həmin insanlara da yardım edilsə, karantin rejiminə tam əməl olunar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə