“Bəzi ixtisaslarda erməni dilinin tədrisi önəmlidir”
Yusif Nəzərli
13:15 28.10.2021
Aktual
624
“Məsələ ondadır ki ,bu dili bilməklə biz erməni mənbələrini oxumalı, informasiya qaynaqlarına gedib çıxmalıyıq”
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanıldığı haqda məlumat yayıb. Burada təlimlər Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən təşkil olunacaq. Xəbədə o da qeyd olunub ki, məqsəd tədqiqatçılarımıza Ermənistan mətbuatını mütəmadi izləmək, erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etməkdir.
Eyni zamanda niyyət bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır. Təlim kurslarının 6 ay davam etdirilməsi nəzərdə tutulub.
Məsələnin əhəmiyyəti barədə “Sherg.az”a danışan Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli bildirib ki, Azərbaycanda erməni dilinin tədrisi vacibdir:
“Bir neçə il öncə BDU-da ermənişünaslıq mərkəzi yaratmışdılar. Sonu necə oldu bilmirəm. Təkcə İqtisad Universitetində yox, başqa universitetlərdə də beynəlxalq əlaqələrlə bağlı ixtisaslarda erməni dilinin öyrədilməsi vacibdir. Buna səbəb yalnız o olmalı deyil ki, Ermənistan bizə düşmən ölkədir. Məsələ ondadır ki ,bu dili bilməklə biz erməni mənbələrini oxumalı, informasiya qaynaqlarına gedib çıxmalıyıq. İkinci bir tərəfdən Ermənistan bizə qonşu dövlətdir. Hazırda münasibətlərlə bağlı müəyyən isinişmələr də var. Biz bütün qonşu dövlətlərin dilini bilib mədəniyyətləri ilə tanış olmalıyıq. Bu sahədə mütəxəssislərimiz yetişməlidir. Bu cür ixtisasların açılması vacibdir”.
Professor bəzi ixtisaslarda erməni dilinin tədrisinin önəmli olduğunu vurğulayıb:
“Məsələn, regioşünaslıq, politologiya, sosial bilimlər kimi ixtisaslarda erməni dilinin tədrisi vacibdir. Hazırda bunu bir kampaniya kimi davam etdirməyə ehtiyac yoxdur, amma erməni dili Azərbaycan strateji düşüncəsi üçün vacib olan bir dildir və biz onu öyrənməliyik. Əvəllər bizim erməni dili bilən mütəxəssislərimiz çox idi. İndi onlar tədricən sıradan çıxıb. Bir qismi fəaliyyətini dayandırıb, digər qismi dünyasını dəyişib. Hazırkı durumda bizim bu dili bilməyimizi zəruri edən səbəblər var. Atılan addımı təqdir edirəm, alqışlayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol