"Biz qusarlı gənclər Sizdən nümunə götürməyə, pandemiyaya qarşı mübarizəyə öz töhfəmizi verməyə çalışırıq" - Səbinə Hüseynova
15:02 26.04.2020
Aktual
584
Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.
Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Sherg.az xəbər verir ki, Qusar rayonunun sakini Səbinə Hüseynova yazır:
“Möhtərəm cənab Prezident, bu gün Azərbaycan xalqı çətin bir sınaq qarşısındadır. Xalqımız bütün dünyanı cənginə almış pandemiya ilə mübarizə aparır. Sizin özünütəcrid çağırışlarınıza əməl edərək, xəstəliyin yayılmasının qarşısının alınması üçün hər birimiz daha intizamlı olmağa, qoyulan qaydalara əməl etməyə çalışırıq. Çünki bu xəstəliyin dünya ölkələrində səbəb olduğu itkiləri görürük. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən bu məsələyə göstərdiyiniz xüsusi diqqət, çevik münasibət, səhiyyə sisteminin, həmçinin bütün dövlət qurumlarının səfərbər olunması və digər qabaqlayıcı tədbirlər xalqımızı ağır itkilərlə üzləşməkdən xilas etdi. Pandemiyaya qarşı mübarizə, eləcə də adət etdiyi həyat tərzini dəyişərək təcrid şəraitində yaşayan xalqımıza sosial xidmətlərin, maddi dəstəyin göstərilməsi ilə bağlı sərəncamların imzalandığını, sosial paketlərin icra edildiyini görürük. Qusar rayonunda yaşayan aztəminatlı ailələrə, imkansız və işsiz vətəndaşlara, yaşlı nəslin nümayəndələrinə müxtəlif yardımlar göstərilir. Bu, bizi çox sevindirir. Sizin daim insanlarımızın yanında olmağınız, çətin gündə öz diqqət və qayğınızı əsirgəməməyiniz xalqını sevən hər bir vətəndaşa, eləcə də biz gənclərə gözəl bir nümunədir. Biz qusarlı gənclər də Sizdən nümunə götürməyə, pandemiyaya qarşı mübarizəyə öz töhfəmizi verməyə çalışırıq.
İnanırıq ki, Sizin ətrafınızda sıx birlik nümayiş etdirməklə biz bu sınaqdan da uğurla çıxacağıq. Cənab Prezident, xalqımızın bu çətin günlərində nümayiş etdirdiyiniz əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə Sizə minnətdarlığımızı bildiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya