“Bölgələrdə kitab mağazaları, kitabxanalar olduqca azdır”
Yusif Nəzərli
12:35 26.11.2021
Aktual
777
Bu gündən Gəncədə “Azərbaycan Nəşriyyatları”İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti,Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə I Gəncə Kitab Sərgisinə start verilir. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunan sərgi“Nizami Gəncəvi ili”nə həsr olunub.
Burda ölkənin 30-dan artıq nəşriyyatının və 10-dan çox kitab evinin iştirakı nəzərdə tutulub. Kitablara 50 faizədək endirim tətbiq olunacaq sərgidə, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar,imza mərasimləri, şeir gecələri,uşaqlar üçün nağıl saatları təşkil olunacaq və bədii proqramlar keçiriləcək. Sərgi noyabrın 28-də başa çatacaq.
Maraqlıdır,bölgələrdə təşkil olunan bu cür tədbirlər nə kimi önəm daşıyır?Bu barədə "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a danışıb.O,ölkəmizdə kitablara verilən önəmin son on ildə olduqca aşağı səviyyəyə enmiş olduğunu, indi isə yavaş-yavaş bu sahənin canlandığı söyləyib:
“Artıq adamlar kitabların nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayırlar. Bakıda kitab sərgilərinin olmasına öyrəşmişik. Amma bölgələrdə bu cür tədbirlərin keçirilməsi o qədər də çox rast gəlinən hal deyil. Bu, böyük əhəmiyyətə malikdir. Xüsusilə də Nizami ilində Gəncədə belə bir sərginin keçirilməsi alqışalayiq addımdır. Gəncə Azərbaycanın ürəyidir. Ümumiyyətlə, Qərb bölgəsi kitabsevərdir”.
E.Şıxılı hazırda bölgələrdə kitab mağazalarının, kitabxanaların sayının olduqca az olduğunu vurğulayıb:
“Onların sayını artırmaq lazımdır. Bu zaman insanlar da kitablara daha çox meyl edər. Kitab bilikdir. Bilik də bizm gələcəyimizin işıq mənbəyidir”.
Baş yazar sonda belə tədbirlərin keçirilməsinin cəmiyyətimiz üçün olduqca önəmli olduğunu da diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya